KÜR ÇAYI
Ey Kür çayı, daşırsan, Sahilləri aşırsan. Tarlalarda, bağlarda Bizimlə oynaşırsan.
Ey Kür çayı, dalğan ağ, Suyun gümüşdən parlaq. Yol sal bizim bağçaya, Sən çal, biz də oynayaq.
Ey Kür çayı, gəl barı, Bizim dəhnəyə sarı, Aç qoynunu, yuyunsun Elin oğul, qızları. 1932
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info