BƏNÖVŞƏ
Bənövşəyəm, bənövşə, Düşmüşəm dilə-dişə. Qızlar, oğlanlar məni Dərib taxarlar döşə.
Bahar oldu açaram, Qar-borandan qaçaram. Başqa güllər açanda, Mən quş olub uçaram.
Qurudar məni ayaz, Yaşayıram bircə yaz. Rəngim, ətrim gözəldir, Əl vurmayın, ömrüm az. 1928
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info