DAĞLAR
Çeşməli yaşıl dağlar, Yazdır, gül, açıl, dağlar. Başın otdur, çiçəkdir, Ətrin ətək-ətəkdir. Havan xoş, suyun sərin – Arın, kəpənəklərin Budaq-budaq uçur şən, Bal, mum tutur güllərdən. Çörəyim, bişir sacda, Sürüm, otlar yamacda. 1908
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info