Hicran ilə kim, daməni-qəm dəstrəsimdir
Hicran ilə kim, daməni-qəm dəstrəsimdir, Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.
Gül ayrısı bir bülbuli-bimarü qəminəm, Əfğan ilə bu guşeyi-mehnət qəfəsimdir.
Cismimdəki biman könül haləsi, guya, Bir qəmzədə məhmildən asılmış cərəsimdir.
Görmək üzünü qayəti-hər fikrü xəyalım, Öpmək ayağın maeyi-şövqü həvəsimdir.
Xurşidə yetər başım əgər, çakərin olsam, Bu rütbə ilə aləm əra fəxr bəsimdir.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info