Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!
Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə! Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!
Bu gülşən içrə, gülüm novşüküftə bir gülsən, Sənə hənuz deyil mövsimi-xəzan, getmə!
Məni - fələkzadəyə rəhm qıl, səni tari, Qaşın kimi qəddimi eyləyib kaman, getmə!
Sənin bu gözlərinə gözlərim ola qurban, Bir-iki dəm mənə ol bari həmzəban, getmə.
Yeni nümüvv eləyən, sərvvəş, dayan bari, Sirişkimi qoy edim payinə rəvan, getmə!
Mənə ki, guşeyi-cəşm ilə bir nəhan baxdın, Tez öldürər məni bu möhnəti-nəhan, getmə!
Düşə əyaqdən ol sərvi-qamətin, billah, Qiyaməti gətirər başimə əyan, getmə!
Bu cismi-zarım üçün məhz ruhsən, axır, Tutar qərar məgər, ruhsuz rəvan, getmə!
İki gözüm işığı, şahzadə simbərim, Məni də yoldaş apar, qoyma Natəvan getmə!
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info