Nələr gəldi, gələsidir, mədəd hey
Nələr gəldi, gələsidir, mədəd hey. Cəhan əhli öləsidir, mədəd hey.
Gəlir hökmi-ilahi İsrafilə, Ulu suri olasıdır mədəd hey.
Günəhkarlar günahı sormağ içün Ulu divan durasıdır mədəd hey.
Qurulur ədl içün mizan, tərazu, Əməllər dartılasıdır mədəd hey.
Peyğəmbərlər qaçar ümmətlərindən Ki, nəfsa nəfs olasıdır, mədəd hey.
Sürə-sürə ilitərlər Siratə, Necələr süriləsidir, mədəd hey.
Bu bədbəxt adəm oğlundan təmamət Yedi damu dolasıdır, mədad hey.
Xətayi dərdinə dərman bulunmaz, Yarəb, halı nolasıdır, mədad hey.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info