Qonaq Kitabı
Nələr gəldi, gələsidir, mədəd hey

 

Nələr gəldi, gələsidir, mədəd hey.

Cəhan əhli öləsidir, mədəd hey.

 

Gəlir hökmi-ilahi İsrafilə,

Ulu suri olasıdır mədəd hey.

 

Günəhkarlar günahı sormağ içün

Ulu divan durasıdır mədəd hey.

 

Qurulur ədl içün mizan, tərazu,

Əməllər dartılasıdır mədəd hey.

 

Peyğəmbərlər qaçar ümmətlərindən

Ki, nəfsa nəfs olasıdır, mədəd hey.

 

Sürə-sürə ilitərlər Siratə,

Necələr süriləsidir, mədəd hey.

 

Bu bədbəxt adəm oğlundan təmamət

Yedi damu dolasıdır, mədad hey.

 

Xətayi dərdinə dərman bulunmaz,

Yarəb, halı nolasıdır, mədad hey.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info