Qonaq Kitabı
ŞEİR BÜLBÜLLƏRİ

Ara qapı örtüldü və Zeynəbin səsini daha eşitmədik. Və bizim otaqda bu dəqiqə elə bir sakitlik əmələ gəldi və mənim qəlbimdə elə bir tutqunluq üz verdi ki, otağımızda yanan şamı daha gözüm görmürdü. Və bu qaranlığın içində bu dəmdə mənim üçün Azərbaycan şairi Yeldai də yox idi, Səqərül-Qadiri də, q        aranlığa batdı və hətta dostumun bülbüllərinin cəmi ərəbləşmiş şeirləri zülmətin tərkinə düşüb, məndən ötrü həmişəlik fotə getdilər.

Ancaq bu dəmdə mənim üçün bircə işıq haman tək bir maşın işığı idi ki, oradan Zeynəb arvadın dilindən açıq və şirin Azərbaycan nağılını eşidirdim.

Elektrik çıraqları yandı və məni bu qaranlıq malxülyasından oyatdı. Elektrik fənninin tələbəsi şad və gülə-gülə gəldi.

- Hı, dədə, nə olar ki, bir dəfə də bu çıraqları sənin o qəribə şairlərin yandıralar?

Atası da dilxoşluqla oğluna baxırdı və görürdüm ki, oğlunun biliyinə qəlbdən çox-çox fəxr edir.

Ev sahibindən üzr istədim və hazırlaşdım getməyə. Cavan məni küçə qapısınadək yola saldı və pilləkənləri yenə-yenə mənə belə dedi:

- Molla dayı, vallah doqquz ildi ki, müsəlman dərsi oxuyuram, amma genə bu şairlərin dilini qanmıram.

Bunun cavabında mən buna əl verib ayrılanda dedim:

- Sənə bir sözüm var; amma gərək atan bilməsin.

Cavan and içdi və mən ona dedim:

- Sənin dədənin və mənim əziz dostumun o qəribə şairlərinin dilini mən də qanmadım.

Cavan mat qaldı.

  

 

 



[1] Ərəb əlifbası ilə xətt növüdür.

[2] Bülbülləri.

[3] Acizliyimi.

[4] Azərbaycanın qədim şairlərindən.

[5] Ölməz sözləri.

[6] Ətirli.

[7] Hədiyyə etmək, bağışlamaq.

[8] Dəlisi.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info