Qonaq Kitabı
Vəchinə baxgəc göründü gözümə məh parəsi

 

Vəchinə baxgəc göründü gözümə məh parəsi,

Olmuşam ruzi-əzəldən firqətin biçarəsi.

 

Dərdimə dərman gərək qapuna gəldim, ey həbib,

Bilmişəm səndə yəqindir uşdə dərdim çarəsi.

 

Görəli şirin ləbin eşqində Fərhad olmuşam,

Olmuşam Məcnun kimi ol Leylinin avarəsi.

 

Diləgim bu idi həqdən, ey həbibim, sübhü şam;

Yar əlindən ola yarə canda, eşqin yarəsi.

 

Ey Xətayi, firqətin çək, ta vüsalın bulasan,

Bəs yavuq qılmış vüsalin birlə hicran arəsi.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info