Qonaq Kitabı
Ğəmindən gözlərim ümman degilmi?

 

Ğəmindən gözlərim ümman degilmi?

Vüsalın can içində can degilmi?

 

Yazılmış xəttü xalın bimürəkkəb,

Əcayib surəti-rəhman degilmi?

 

Əgər Tövrat, əgər İncilü Zəbur,

Be hökmi-ənbiya fürqan degilmi?

 

Əgər dərviş, əgər mirü səlatin,

Bu beş gün dünyada mehman degilmi?

 

Cəhanə eşq ilən üryan gələnlər,

Gedəndə həm yenə üryan degilmi?

 

Bu günün fürsətin danlayə verən

Yolunda cahilü nadan degilmi?

 

Gedənni xoş keçir, miskin Xətayi,

Gələn dövran əcəb dövran degilmi?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info