Qonaq Kitabı
Ey sənəm, yolunda bu aləm fədadır, can dəxi

 

Ey sənəm, yolunda bu aləm fədadır, can dəxi.

Bəlkə quldurur sana aləmdə hər sultan dəxi.

 

Ey pəri, hüsninə insan necə heyran olmasun,

Gögdə sərgərdan olubdur ol məhi-taban dəxi.

 

Ey günəş, hüsnin sənin bir övcə yetmişdir bu gün,

Ayağın altında toprağ kimidir Keyvan dəxi.

 

Mövci-eşqindən sənin ğərq olmuşam bir bəhrə kim,

Gözlərim yaşı qatında qətrədir ümman dəxi.

 

Necə yanmasun Xətayi arizin hicrində kim,

Ğərqeyi-xun oldu cövrindən güli-xəndan dəxi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info