Qonaq Kitabı
Çin düşübdür çin saçın ol yüz tümən çin üstünə

 

Çin düşübdür çin saçın ol yüz tümən çin üstünə,

Ənbərin çin-çin düzəltmiş müşki-pürçin üstünə.

 

Bir xuraman sərv qamət girdi nəsrin dərməgə,

Avc ilən doldur bənövşə, saç bu gülçin üstünə.

 

Gər dilərsən Leyli tək yüzün görən Məcnun ola,

Ay tək qaldı niqabın gün təki Çin üstünə.

 

Bir pəri peykərni gördüm, can fəda qıldım ona,

Eylə nazikdir ki, qılmış Çinü Maçin üstünə.

 

Bu Xətayi könlüni yəğmayə verdi Çin içün,

Çin çərisi basdı Rumi, gəldi Maçin üstünə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info