Dilbəra, gördüm yüzün, heyranəm ol dəmdən bərü
Dilbəra, gördüm yüzün, heyranəm ol dəmdən bərü, Göz yaşında qan ilən ğəltanəm ol dəmdən bərü.
Ta ayağın toprağından mən səadət bulmuşam, Eşigində ruzü şəb dərbanəm ol dəmdən bərü.
Zərrə idim, gün yüzün mehrinə düşdüm nagəhan, Aləm içrə şöhreyi-dövranəm ol dəmdən bərü.
Ta sənin ruzi-əzəldən eşqinə dedim bəli, Əhdi pozman bər səri-peymanəm ol dəmdən bərü.
Ta sənin ahu gözün gördü Xətayi, ey pəri, Məcnunam, viranələrdir xanəm ol dəmdən bərü.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info