Sübhdəm gülzar içində çaldı bülbül ərğənun
Sübhdəm gülzar içində çaldı bülbül ərğənun, Əyyuhəl-üşşaq, qumu innəküm layəsməun.
Ərğəvan dutmuş piyalə, nəstərən doldurdu can, Mütriba, çal nəğməni, “la əyyiküm müstəğfiryn.
Hüsni-ruyin hər görəndə afərin təslim edər, Labeşeyin əhsənün innə qəlilən təşkürun.
Gözlərin sərxoş olanda badələr ilən müdam Ziri-ləb saqi deyər hər dəm vəlahüm yəhzənun.
Şah Xətayi dost yolunda təslim edər canını, Hər olana sən görürsən “innə əleyhə raceun”.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info