Qonaq Kitabı
Sübhdəm gülzar içində çaldı bülbül ərğənun

 

Sübhdəm gülzar içində çaldı bülbül ərğənun,

Əyyuhəl-üşşaq, qumu innəküm layəsməun.

 

Ərğəvan dutmuş piyalə, nəstərən doldurdu can,

Mütriba, çal nəğməni, “la əyyiküm müstəğfiryn.

 

Hüsni-ruyin hər görəndə afərin təslim edər,

Labeşeyin əhsənün innə qəlilən təşkürun.

 

Gözlərin sərxoş olanda badələr ilən müdam

Ziri-ləb saqi deyər hər dəm vəlahüm yəhzənun.

 

Şah Xətayi dost yolunda təslim edər canını,

Hər olana sən görürsən “innə əleyhə raceun”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info