Yüzündür sureyi-Yusif, dodağın abi-kövsərdən
Yüzündür sureyi-Yusif, dodağın abi-kövsərdən, Boyun tubadurur, amma, saçındır sünbüli-tərdən.
Cəmalın “hazihi cənnət” dedi həq “fədxülü fiha”, Təala şanəhu əkbər, yanağın vərdi-əhmərdən.
Üzarın yüzündür Yasin, anın şənindədir Əlhəmd, Ləbin yaquti-əhmərdir, dişin lölöi-gövhərdən.
Qaşındır qabi-qövseyni, saçın zilli-ilahidir, Ziyad olmuşdurur, cana, cəmalın şəmi-xavərdən.
Yüzüni sureyi-Ənam oxudum qüdrətüllahdan, Xətayi bolmadı bir dəm xilas allahü əkbərdən.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info