Aşiqi-dilxəstə gör dildarə döndərmiş yüzin
Aşiqi-dilxəstə gör dildarə döndərmiş yüzin, Aləmi tərh eyləmiş, sən yerə döndərmiş yüzin.
Haşalillah kim, könül yüzin qapundan döndərə, Bülbüli-biçarədir, gülzarə döndərmiş yüzin.
Döndərib zahid yüzin divarə hər dəm yaş tökər, Aşiqin divari yox, didarə döndərmiş yüzin.
Yarə döndərmiş yüzin görcək rəqibə söylədim: - Ol güli-xəndani gör kim, xarə döndərmiş yüzin.
Dünyada məqsudinə hər kimsə yüzin döndərər, Bu Xətayi sən büti-əyyarə döndərmiş yüzin.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info