Könüldə eşqini can tək dilərdim
Könüldə eşqini can tək dilərdim, Saçın küfrini iman tək dilərdim.
Könül bimar olanda hicr odunda Vüsalın dərdə dərman tək dilərdim.
Mənəm dil təşnə səhralərdə daim, Ləbini abi-heyvan tək dilərdim.
Qalanda zülməti-hicran evində Cəmalın şəmi-taban tək dilərdim.
Xətayi varsa vəslin gülşəninə, Boyun sərvi-xuraman tək dilərdim.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info