Dərdü fəraqü həsrət ilən canə gəlmişəm
Dərdü fəraqü həsrət ilən canə gəlmişəm, Küfri-saçınla vəcginə imanə gəlmişəm.
Zülfin şəbində təşnəyəm ol abi-ləlinə, Zülmat içində çeşmeyi heyvanə gəlmişəm.
Bir əndəlibi-kuyi-fəraq idim, ey sənəm, Yüzüni görməgə bu gülüstanə gəlmişəm.
Xoş aqiləm ki, dünyadə isbati-eşq içün Divanə gəlmişəm vəli divanə gəlmişəm.
Qapundan ayru oldu Xətayi şikəstə hal, Ümmid ilən eşiginə dərmanə gəlmişəm.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info