Qonaq Kitabı
Dərdü fəraqü həsrət ilən canə gəlmişəm

 

Dərdü fəraqü həsrət ilən canə gəlmişəm,

Küfri-saçınla vəcginə imanə gəlmişəm.

 

Zülfin şəbində təşnəyəm ol abi-ləlinə,

Zülmat içində çeşmeyi heyvanə gəlmişəm.

 

Bir əndəlibi-kuyi-fəraq idim, ey sənəm,

Yüzüni görməgə bu gülüstanə gəlmişəm.

 

Xoş aqiləm ki, dünyadə isbati-eşq içün

Divanə gəlmişəm vəli divanə gəlmişəm.

 

Qapundan ayru oldu Xətayi şikəstə hal,

Ümmid ilən eşiginə dərmanə gəlmişəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info