Qonaq Kitabı
Gecə-gündüz istəkim dildar yarım bulmuşam

 

Gecə-gündüz istəkim dildar yarım bulmuşam,

Canü dil qurtuldu ğəmdən, ğəmgüsarım bulmuşam.

 

Gögdə istərdim mən ol mahimni, buldum yerdə uş,

Həmdulillah kim, könüldə intizarım bulmuşam.

 

Heç qərarım yox idi, səbrim tükənmişdi, vəli

Bər qərarəm kim, ənisi-ruzigarım bulmuşam.

 

Bəxtvarəm bəxt əlindən, şadmanəm, dil fərəh,

Çünki mən canü könüldən ixtiyarım bulmuşam.

 

Var ikən könlüm açıldı, sərbüləndəm, nişə kim,

Sərv boylu, qönçə ləbli gülüzarım bulmuşam.

 

Zülməti-hicran yenə firuz boldu, getdi ğəm,

Taleyim bürcündə mahi-tabdarım bulmuşam.

 

Ey Xətayi, şükr qıl həq verdüginə ruzü şəb,

Süni-sane, qüdrəti-pərvərdigarım bulmuşam.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info