Ey cəmalında sənin nuri-ilahidir tamam
Ey cəmalında sənin nuri-ilahidir tamam, Ol sifatin zikridir fikrim həmişə sübhü şam.
Ol şəhənşahi-cəhansan kim, qul olub qapuna, Qənbərinin xidmətiçün Qeysərü Cəmdir ğulam.
Hələtadə həq sana çün saqiyi-mütləq dedi, Abi-kövsərdən sənin dəstindədir yaqut cam.
Ol Əlisən kim, xamu peyğəmbərə sənsən şəfi, Cümlə bu ümmid ilən qapuna gəlür xasü am.
Çün sənin övsafinə yetməz Xətayinin sözü, Uş bu əbyat üstə xətm oldu kəlamım, vəssəlam.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info