Qonaq Kitabı
Təala şənəhu əkbər ki, bir nuri-xuda gördüm

 

Təala şənəhu əkbər ki, bir nuri-xuda gördüm,

Qaşını qibləgah etdim, yüzün şəmsüz-züha gördüm.

 

Mənim Pərviş təki çeşmim gecələr yuxusuz qaldı,

Səadət asimanında yüzün bədri-düca gördüm.

 

Mənim dərdim əlaci şol həkimi-ləmyəzəldir kim,

İçəndən şərbəti-ləlin vücudimni şəfa gördüm.

 

Şəbi-hicranda, ey salik, hidayət şəminə yandım,

Yüzünün afitabından yüz ənvari-ziya gördüm.

 

Görəndən bərlü didarın Xətayi xəstədir, heyran

Ki, anın asitanında səlatinlər gəda gördüm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info