Riştədir cismim mənim, kirpüklərin suzən misal
Riştədir cismim mənim, kirpüklərin suzən misal, Yağlığın yanına dutar natəvan könlüm misal.
Gül-gül oldu arizin şövqün görübən şəmi-dil, Düşsə zülfin əksi şol gül yağlığ üstə dal-dal.
Dəmbədəm yağlığ arasında, həbibim, qaşların Sanasın kim, görünür el gözünə gögdən hilal.
Natəvan könlüm düşər yağlığ misal əldən-ələ, Ta məgər ləli-ləbindən tapıla bər can vüsal.
Rəhm qılgil-yaylığın götür yüzündən, ey sənəm, Qüssədən bolmuş Xətayi xəstədil aşüftəhal.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info