Ey mələk, hüsnin sənin nuri-xudadır, bilmiş ol
Ey mələk, hüsnin sənin nuri-xudadır, bilmiş ol. Sidrədir boyun, nə sidrə, müntəhadır, bilmiş ol.
Mən sənin dərdü ğəmindən incimən, ey bivəfa, Hər nə cövr etsən mana, eyni-vəfadır, bilmiş ol.
Yoxdurur əşya içində kimsənə həqdən cüda, Cilvə qılan aləmə nuri-xudadır, bilmiş ol.
Gərçi çox gəldi risalət dövri-adəmdən bərü, Xətmi cümlə ənbiyanın Mustafadır, bilmiş ol.
Gər vəfa qıl bu Xətayi bəndənə, ya qılma kim, Ruzü şəb virdim sana zikrü duadır, bilmiş ol.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info