Ol günəş bir zərrədir nuri-cəmalından anın
Ol günəş bir zərrədir nuri-cəmalından anın, Utanıbdır sərvü ərər qəddü balından anın.
Ol zamandan bərlü kim, yüzün görübdür gögdə mah, Gizlənibdir yengi ay qaşi-hilalından anın.
Gül yanağından qızardı, daim oldu şərmsar, Ru siyəhdir müşkü ənbar xəttü xalından anın.
Yerdə bir ay nurudur, aləm ana heyran olub, Ayü gün bir ləmədir hüsni-kəmalından anın.
Bu Xətayi xəstədil kim, dərdinin dərmanı yox, Bir mədəd ola məgər kim, zülcəlalından anın.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info