Cahanda görmədim ziba sənin tək
Cahanda görmədim ziba sənin tək. Bu aləm içrə hüsnara sənin tək.
Bu xublar gülşənində yoxdurur hiç Yanağı bir güli-həmra sənin tək.
Bulunmaz, doğrusu, can bağı içrə Qədi çün sərv xoş bala sənin tək.
Çü xublar çoxdurur insan içində, Heç olmaz, ey pəri, rəna sənin tək.
Zəmanə şairində görmədim hiç, Xətayi, bülbüli-guya sənin tək.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info