Qonaq Kitabı
Mən görmədim zəmanədə hüsnin kəmali tək

 

Mən görmədim zəmanədə hüsnin kəmali tək,

Bu canə munis olmadı kehrin xəyali tək.

 

Zülmati-hicr içində bulunmaz susuzlara,

Şol çeşmeyi-dodağının abi-zülali tək.

 

Çeşmi ağardı nöh fələkin, qəddi oldu xəm,

Dövri-qəmərdə görmədi qaşın hilali tək.

 

Min yil yazarsa katibi-təqdiri-ləmyəzəl,

Bir hərfü nöqtə yazmaz anın xəttü xali tək.

 

Yusif cahanə gəlmədi yar tək Xətayiyə,

Yəqubi-xəstə çəkmədi könlüm məlali tək.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info