Sənsizin könlüm, şəha, bir gülbeyi-viranədir
Sənsizin könlüm, şəha, bir gülbeyi-viranədir, Kimsəyə ərz etməzəm kim, bir yıxılmış xanədir.
Canə can etdim yəqin ilə əzəldən həq bilür, Canımın canı mənim şol dilbəri-cananədir.
Getdi ömrüm, hiç dinlənmən vüsalindən anın, Şol məhi-namehribanın meyli çün hicranədir.
Hər gecə ta sübh hüsnin şəminə pərvanə tək Cümlə aləmlər fəğanımdan tutub yanədir.
Ey Xətayi, sən yəqin bil kim, bu fani dünyada Bivəfalardən məhəbbət istəyən divanədir.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info