Əz qeylü qali-mədrəsə xoşdur ki, olsa dur
Əz qeylü qali-mədrəsə xoşdur ki, olsa dur, Ey dil, həzər qıl onda ki, yoxdur sana qüsur.
Meyxanə küncün istə deyir saqiyi-lətif, Öz vəhdətində ol ki, çü allah imiş ğəfur.
Əfsanə sözlü vaizi görsən, məlamət et, Ta xəlq içində eyləməyə razini zühur.
Bolsun bu malü mülk və gər hiç bolmasun, Neyçün ki, vəsli-yardir ancaq mana zərur.
Səndən Xətayi mehrü vəfa iltimas edər, Yarəb, muradı aşiqi-biçarənin budur.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info