Həqin nüsxələrində bir bəyan var
Həqin nüsxələrində bir bəyan var: Müqərrər bilüniz kim, qanə qan var.
Başım qurban sana, ey mürşidi-həqq, Neçə yüz mən təki canə qıyan var.
Əlin var, sən Yəzidi yaxşı qırdın, Cahandar olasan ta kim, cahan var.
Hənuz şah Heydərin qanı qalıbdır, Yəzidə bir dəxi külli qəran var.
Sana münkir derəm, görməzsən anı, Günəşdən əhli-həq qatna əyan var.
Mənim halım şaha ərz etmək içün Yeri badi-səba sən bir zaman var.
Bu yola varmağ olmaz rəhnümasız, Necə bir olasan kim, sözə qan var.
Yəqin ixlas gərək eşqin yolunda, Get, ey münkir ləin, səndə güman var.
Öküş xövf eyləmən eşqin yolunda, Rəfiqim ğazilərdən karivan var.
Müəzzin gecə-gündüz çağırır hey: - İmam gəldi, namaza dur, oyan, var.
Səfər qıl, dur, oturma, ey Xətayi Ki, şəhri-Ərdəbildə xanədan var.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info