Du zülfündən mənə bir mu gərəkdir
Du zülfündən mənə bir mu gərəkdir, Sənin vəslindən ancaq bu gərəkdir.
Könüldən getməz ol çeşmin xəyalı, Bəli, Məcnunlara ahu gərəkdir.
Cəfavü cövrünüzdən inciməz dil Ki, xublar daima bədxu gərəkdir.
Gözüm yaşın tökərmən ayağuna, Bəli, sərv ayağunda su gərəkdir.
Xətayi sözlərin səm etsün ol ay Ki, xublar guşinə lölu gərəkdir.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info