Mahimi gördüm ki, yüzindən niqab almış gedir
Mahimi gördüm ki, yüzindən niqab almış gedir. Pərtövi-nurindən anın afitab almış gedir.
Dövri-hüsnindən anın, ey yaşlu çeşmim, uymagil Kim, şəbi-zülfindən anın ruz xab almış gedir.
Dilbərim cami-şərab içmiş, eşitdim nəql üçün Aşiqi-dilxəstə bağrından kəbab almış gedir.
Ol pəri gedəndə aləm necə heyran olmasun, İşvəvü kirişməvü nazü itab almış gedir.
Ol sənəm rəna gedir, yer üstə çəkmiş damənin, Bu Xətayi xəstə ol yerdən türab almış gedir.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info