Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür
Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür, Qəmgin könül məqaminə yüz min səfa gəlür.
Şadü fərəh bulub dilü canım, zəbanimə Əhlən və xeyr məqdəmü səd mərhəba gəlür.
Bir busəsinə canü dil istər bəha sənəm, Gərçi birinə yüz dilü canım bəha gəlür.
Mənidə gərçi aşiqü məşuq birdürür, Məndən dua gedir, nişə səndən cəfa gəlür.
Bağışlagil Xətayi günahın, əya pəri, Bəxş edə necə ki, quldan xəta gəlür.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info