Qonaq Kitabı
Əzəldən ta əbəd heydər gəlübdür

 

Əzəldən ta əbəd heydər gəlübdür,

Adəm övladinə sərvər gəlübdür.

 

Əli şiri-xudadır, şahi-mərdan,

Məhəmməd həqqə peyğəmbər gəlübdür.

 

Aşiqlər qibləsi yüzündür, ey dust,

Qaşın mehrabinə mənbər gəlübdür.

 

Ki həqdən Zülfüqar oldu Əliyə,

Əli qulluğunda Qənbər gəlübdür.

 

Əli xişm ilə doğradı Vu cəhli.

Xəmir tək dəstinə Xeybər gəlübdür.

 

Ala gözlər mənim imanım aldı,

İki zülfin yenə ənbər gəlübdür.

 

Suyi-heyvan içün zülmat içində

Xətayi Xızrü İskəndər gəlübdür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info