Vücudini bu könlüm can demişdim
Vücudini bu könlüm can demişdim, Ləbini ləl ilə mərcan demişdir.
Saçın rəngin şəbi-qədr oxuyanlar Yüzün nurin məhi-taban demişdir.
Bu könlüm eşqini, ey qəmgüsarım, Vücudim şəhrinə sultan demişdir.
İki gözüm yaşı hər dəm yüzimə Birin Nilü birin Ümman demişdir.
Əyağın tozinə, ey nuri-rəhman, Xətayi canını qurban demişdir.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info