Ol pəri peykər ki, çeşmindən nihan olmuşdurur
Ol pəri peykər ki, çeşmindən nihan olmuşdurur, Baqi ömrüm olsun ol, cismimdə can olmuşdurur.
Yarəb, ol gözlər nə bağın nərgisi-şəhlasidir? Kim, qəmindən cismü canım natəvan olmuşdurur.
Eylə kim, bülbül yeri gülşəndir, ey gül yüzlü yar, Könlümə kuyin məqami gülsitan olmuşdurur.
Anca çəkdim möhnəti-hicrin qəmin, ey bivəfa, Cöcri-eşqindən vücudim natəvan olmuşdurur.
Ta Xətayi gördü ol hüsnü cəmalın, ey günəş, Gör necə aləm dilində dastan olmuşdurur.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info