Zərreyi-mehrində daim, ey cəmalı afitab
Zərreyi-mehrində daim, ey cəmalı afitab, Əbr yüzündən götürgil, dutmagil məndən hicab.
Dur dedim yarın kuyindən, ey rəqibi-rusiyah, Xəstə bülbül var ikən neylər gülüstanda ğürab?
Ey gözü nərgiz, yüzü gül tək, boyu sərvi-rəvan, Taki səndən ayrı düşdüm, xəstəyəm, xəstəyəm, halım xarab.
Cənnəti-vəslindən, ey canım, məni dur eyləmə, Mən fəraqın atəşindən çəkmişəm dərdü əzab.
Bu Xətayi həqqinə daim dutubdur çox ümid, Aqibət rəhm eylə anə saəti-yövmül-hesab.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info