Qonaq Kitabı
Zərreyi-mehrində daim, ey cəmalı afitab

 

Zərreyi-mehrində daim, ey cəmalı afitab,

Əbr yüzündən götürgil, dutmagil məndən hicab.

 

Dur dedim yarın kuyindən, ey rəqibi-rusiyah,

Xəstə bülbül var ikən neylər gülüstanda ğürab?

 

Ey gözü nərgiz, yüzü gül tək, boyu sərvi-rəvan,

Taki səndən ayrı düşdüm, xəstəyəm, xəstəyəm, halım xarab.

 

Cənnəti-vəslindən, ey canım, məni dur eyləmə,

Mən fəraqın atəşindən çəkmişəm dərdü əzab.

 

Bu Xətayi həqqinə daim dutubdur çox ümid,

Aqibət rəhm eylə anə saəti-yövmül-hesab.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info