Çünkim gözümə gəlmədi hərgiz xəyıali-xab
Çünkim gözümə gəlmədi hərgiz xəyıali-xab, Saqi, gətir piyaləyi, doldur şərabi-nab.
Fürsətdürü gəlin bu gecə içəlim meyi, Şəm’ ilə mütribü mənü sən, şahidü şərab.
Mə’mur tutun nişat ilə can mülkünü müdam, Bu ömri-nazənin çü bilirsiz qılır şitab.
Zaye’ keçirmə fürsətin, aldanma bir nəfəs, Bir gün ola pürab ola çeşmü könül xarab.
Hərgiz zəmanə kimsəyi xoşnud qılmadı, Hər fikr namüvafiqü hər fe’l nasəvab.
Nacins söhbəti degil illa yedi damu, Fəzl ilə eylə ya ilah, əcrən minəl-əzab.
Divi-rəcimi adəmə həmsöhbət etməyə Sahibnəzər bilir ki, xətadır, degil səvab.
Həmdəm nə rəsm ilə ola Cəbrilə Əhrimən, Munis nə vəch ilə ola tuti ilə qürab.
Gəl, ey hərif, şimdi nəsihət qəbul qıl, Cövr eyləmə hərifə ki, hacət degil itab.
Zərraq zahidin içəlim qanını səbuh, Məhrum sufinin qılalım bağrını kabab.
Aləmdə kim ki, fitnə qapısını bağladı, Əlhəq zəhi səadətü vallah zəhi savab.
Çün qılmadı piyalə, Nəsimi, bu gün sana Bir dustkamlar içəlim dolu-dolu qab.
|