Qonaq Kitabı
Eyyühər-rağıbunə fil övqat

Dövlətindən iraq ola nəkəbat.

 

Vəznin əksilməsin bu dünyadan,

Failatün, məfailün, failat.



Tərcüməsi

[i]  Ey həyatı sevənlər,

Onu bilin ki, keçən geri qayıtmaz.

Səfa vaxtıdır fürsəti fovt etməyin.

Dünyanın çoxlu bəlaları vardır.

 

 

[ii] Aşiq və məşuq kimi yaşa,

Nəfs yeniləşdi, fəsil isə gözəlləşdi.

Yaşıllıq Xızr kimi cavanlaşdı,

Bulaqlar dirilik suyuna döndü.

 

 

[iii] Saqilər qədəhləri dolandırdılar,

Quşlar səs-səsə verib oxudular.

Bitki oğulları üzlərini göstərəndə

Bağın bütün gəlinləri cilvəyə başladılar.

 

 

[iv] Şərab ruhların rahətliyidir,

Sən ən ətirli badələrdən iç.

Xüsusən novruzun xoş günlərində ki

Sular kövsərə, dünya isə cənnətə dönübdür.

 

 

[v] Lakin zaman bizi çağırır,

Zikri çox elə, ləzzətlərdən istifadə et.

Fani ömrün pak zatının sifatına

Yetişməkdən başqa hasili yoxdur.

 

 

[vi] Himayə olan demək yaşayır,

Vüsaldan məhrum olan məhv olmuşdur.

Onun qılıncı sayəsində ölkə qərar tutub

Onun hökmilə zəkat alınır.

 

[vii] Mənim nəzərimdə onun bütün işləri gözəldir,

Onlar gözəlliklərin əsasıdır.

Ey Xızr və Isgəndərliklə məşhur olan,

Sənin ədalətin zülmatı işıqlandırmışdır.

 

 

[viii] Quran və Incildə nazil olmuşdur,

Zəbur, Tövratda yazılmışdır.

Ədl, səxavət, elm və əməl ayələri

Tək səndə cəmlənmiş dörd sifətdir.

 

[ix] Qəlb xəlvətdə guşənişin olub, vüsala nail olaydı.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info