Qonaq Kitabı
Dəryayi-mühit cuşə gəldi

Bilgil ki, budur həqin nəimi.

 

Çün sən keçəsən bu istivadan.

Azad olasan qamu bəladan.

 

Həm cənnətü hurü həm liqadır,

Rəhman ilə ərşi-istivadır.

 

Üzün bu cəhətdən ola beyza,

Min fəzli-ilahəna təala.

 

Adəm degil, həqq oldu bilgil,

Məscudi-həqiqə səcdə qılgil.

 

Fəzl istər isən həqiqətə var,

Sə’y ilə dürüş və qılma zinhar.

 

Əlfazi-Nəsimi gör nə candır,

Dəryayi-mühitü kövnü kandır.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info