Yey ”“ Yenə sığındım ol sübhana mən,
Yey – Yenə sığındım ol sübhana mən, La Əlif – La demədim ol xana mən.
Vav – Veylindən iraq olmaq üçün, Hey – Həmişə aşiqəm Fürqana mən.
Nun – Nə kim qıldım günah tutdum ümid, Mim – Məhəmməd Mustafa sultana mən.
Lam – Ləbbeyk çağıranlar həqq çün, Gaf – Göstər girəyim cinana mən.
Qaf – Qadirsən bizi irgürməyə, Fey – Fələkdən keçirib seyrana mən.
Ğayn – Ğeyrət issi aşiqlər ilə, Ayn – Işrət irgürəm Keyvana mən.
Zay – Zülm qılmağa olmadım şərik, Tay – Tanıqdır həq bilir, insana mən.
Zad – Zərbindən dedin kim, qurtulam, Sad – Səbr edərisəm böhtana mən.
Şin – Şey’lillahüm oldur Tanrıdan, Sin – Səadət babın açam cana mən.
Zey – Zaval irmiyə bu din mülkünə, Rey – Rəfiq olmayacaq şeytana mən.
Zal – Zakirlərdən olayım derəm, Dal – Dəlalət eylərəm rəhmana mən.
Xey – Xeyrəndişə mö’minlər ilə, Hey – Hərifəm anda ki, ürfana mən.
Cim – Cəhənnəmdə sanıram girəcək, Sey – Səqil kişi ilə bustana mən.
Tey – Təmənnam həqdən oldur satmıyam, Bey – Bəqa mülkünü bu virana mən.
Əlif – Allah yarı qılırsa mana, Dərdimi irişdirəm dərmana mən
Der Nəsimi sana, əqlin yar isə, Kəndözümnü yazaram fərmana mən.
|