Qəmzəsi bimarü eyni natəvandır sanma kim
Qəmzəsi bimarü eyni natəvandır sanma kim, Kimsə halin bilməz anın, üştə hali məndədir.
Dünyavü üqba cəmalin vəslinə oldu tüfeyl Vəslini çün buldum anın ittisali məndədir.
Gərçi fəttandır gözün, aydır yanağın, ayə kim Fitneyi-axirzəmanın məkrü ali məndədir.
Surətin pakizə nəqşi, layəzalı məndədir, Məndən ayrılmaz bu surət, uş xəyalı məndədir.
Qəmzəsi bimarü eyni natəvandır sanma kim, Kimsə halın bilməz anın, üştə halı məndədir.
Dünyavü üqba camalın vəslinə oldu tüfeyl, Vəslini çün buldum anın, ittisalı məndədir.
Gərçi fəttandır gözün, aydır yanağın aya kim: Fitneyi-axırzamanın məkrü alı məndədir.
Gərçi gözdən getdigin acı fəraq oldu, vəli Hər cəhətdən baxıram, vəslin vüsalı məndədir.
Turi-eşqindir vücudum, şol cəhətdən layəzal, Hüsni-rüxsarın təcəllisi, camalı məndədir.
Çün dodağın kövsərindən bulmuşam abi-həyat, Səlsəbilin eyniyəm, Xızrın zülalı məndədir.
Zülfü xalın şərhini mən yazaram hərfən bəhərf, Çün bu mövzün nöqtənin hərfin misalı məndədir.
Ərşi-rəhmandır camalın zülcəlal aydır anı, Ey üzün Qur’an, bəyani-zülcəlalı məndədir.
Zülf ilə qaşın hürufun yazamaz hər yazıçı, Əbcədin buldum bu lövhün cimü dalı məndədir.
Bulmuşam mülki-Süleymanı və Qarun gəncini, Fəzli, həqdən çün vüsalin mülkü malı məndədir.
Sorma eşqin qiylü qalın hər fəqihü şeyxə kim, Bilmədi divani-eşqin qiylü qalı məndədir.
Ey müsəlsəl zülfünün eşqində sərgərdan olan, Gəl mana sor kim, cavabı, həm sualı məndədir.
Ta itabın zövqünü bildirdi lə’lin camına, Cənnətin şirü şərabı, xəmrü balı məndədir.
Laməkanın aləmin gər seyr edərsəm nə əcəb, Cəbrəiləm, ruhi-qüdsün pərrü balı məndədir.
Eşqə məhv oldu Nəsimi, ta ki, ayruq şəm’inə Yanmasın pərvanə kim, eşqin kamalı məndədir.
|