Təala-şanəhü hüsnün süfatı kim, müəlladır
Təala-şanəhü hüsnün süfatı kim, müəlladır Ki, ərrəhman ələl-ərş istiva, ol səhni-mövladır.
Bu hüsnün iştirakından misalın laşərik olmuş, Pəs amənna və səddəqna sana ərz etmək övladır.
Hürufi-eyni-əlqabın bu mahiyyətdürür, çünkim, Süfati-zatına gəlmiş bu əsma kim, müsəmmadır.
Əzəl bəzmində rüxsarın nə şey kim gördü məst oldu, Əcəb meydir kim, içənlər hənuz uş məsti-şeydadır.
Həkimin şərbəti olmaz gözün sevdasına nafe’, Vüsalın şərbətin istər, dimağında bu sevdadır.
Vücudum lövhünə yazdım sənin eşqin, hürufundan, Zəhi, ey münşiyi-əşya, bu nə sün’ü nə inşadır?
Üzün xurşidi-xavərdir, ana mətlə’ günəşdir kim, Nə şəmsi-ləmyəzəlsən kim, camalın adı yektadır.
Saçından bil ki, şərh oldu ələm nəşrəh ləkə, yarəb, Camalın şəm’i yasindir, yanağın nuru tahadır.
Müənbər zülfünə həqdən qədimi sabit olmuşdur Ki, sübhanəlləzi-əsra anın şə’nində əsradır.
Yədi-beyza imiş hüsnün ki, Musa ana məhrəmdir, Təala şanəhü əkbər, bu necə Turi-Sinadır?
Nəsiminin bu gün düşdü gözünə dişlərin əksi; Zəhi pakizə gövhər kim, mühiti eyni-dəryadır.
|