Ay camalın hüsni-surət kim, qılıbdır ol həkim
Ay camalın hüsni-surət kim, qılıbdır ol həkim, Faili-mütləqdürür hər şeydə məf’ul ol rəhim.
Saçların zilli düşəldən ruyi-bədrin tabına Kim tilu’ etdi cahana şəmsi-tabani-müqim.
Həm həqin sən məzhərisən la şərikü bigüman, Səndədir nuri-təcəlli ərşü kürsi həm nəsim.
Üzünə səb’ül-məsani gər oxursam, la demə Kim, qaşınla kirpigin zülfündən oldu bu rəsim.
Səcdə qılmazmı belə gör sidrəvü tuba tamam Kim, məlaik qamusu aydır sücudini əzim.
Nitqiyəm şirin ləbinin, Isiyi-cana həyat, Çün Məsiha istər isən, iştə gəldi dər rəmim.
Xızr çün bulmuş həyatı zülmətindən ta əbəd Kim, ləbin eynidürür şol zülmət içrə dalü mim.
Yazma hərfin adını, ey öz-özündən bixəbər, Çün ləbindən zahir oldu bu kəlam ilə Kəlim.
İstiva sirrini gər bildin isə eynəl-yəqin, Xətti-vəchində şikaf oldu sirati-müstəqim.
Uş bu dünya fanidir, keç sən fənadan, bul bəqa Kim, həyati-cavidan olsa sana ömri-səlim.
Ey Nəsimi, gər nəhayət bildin isə nüktə sən, Bistü həştü sivü dü vəchində yazıldı müqim.
|