Kişi kim, xacəsi birlə qənimət tutsa xəlvətni
Kişi kim, xacəsi birlə qənimət tutsa xəlvətni, Qılır xadim eşigində səadətbəxt dövlətni.
Kəsilgil masivallahdan, özünü bağlagil həqqə, Dilər isən qiyamətdə, ulu həzrətdə izzətni.
Bu il böylə qılam dersən, gələn il daxi həm böylə, Gəl eylə-böyləni tərk et, qənimət tut bu fürsətni.
Tamah adəm vücudunda bəğayət zişt illətdir, Qənaət nuşidarudur ki, dəf’ eylər bu illətni.
Qəmindən geydigi şaldır, gör axır aşiqin halın Ki, didar arzusun edər diləməz hurü cənnətni.
Yaman yaxşı ilə yaxşı müdara eyləsə, yaxşı, Kişi yetməz muradınğa, bülənd dutmazsa hümmətni.
Rəvan düş mənbər üstündən, uzatma sözü, mövlana, Əgər əqlin kamal olsa, gəl içgil, qoy bu höccətni.
Nəsimi laübalidir, ana eyb etmə, ey sufi, Nəçün təbdil qılım dersən əzəl gündənki qismətni?
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info