UŞAQ VƏ BUZ
Dərsə gedən bir uşaq Çıxdı buz üstə qoçaq;
Sürüşdü birdən-birə, Düşdü üz üstə yerə.
Durdu uşaq, neylədi? Buza belə söylədi:
“Sən nə yamansan, a buz! Adam yıxansan, a buz!
Az qalıb ömrün sənin, Yaz gələr, artar qəmin:
Əriyib suya dönərsən, Axıb çaya gedərsən!”
Ilk dəfə “Birinci il” dərsliyində (1907) “Mənzumeyi-Sabir” imzası ilə çap olunmuşdur.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info