XOSROVI-HÜSNÜN, ƏZIZIM, SƏN IMIŞSƏN TACI
Xosrovi-hüsnün, əzizim, sən imişsən taci, Xublər cümlə sənin dərgəhinin möhtaci.
Qabi-qövseyn qaşın, leylətül-isra zülfün, Tapmısan mərtəbeyi-hüsndə sən meraci.
Tökülüb zülfi-siyəh arizi-alın üzrə, Kəbəyə çöl ərəbi mane olur hüccaci.
Zairi-kuyinəm, ey məh, qoy öpüm xalindən, Həcəri öpməyənə xəlq deməzlər haci.
Gəc nigah ilə dələr bağrımızı müjganın, Bu ox atmağı kim öyrətdi sənə qıyğaci?
Gecə-gündüz səri-kuyində sızıldar Sabir, Neyləsin, qovma qapından, kəsilib illaci.
İlk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info