VIRANƏ ŞƏMAXIDƏ MƏNƏ GƏNC TAPILMAZ
Viranə Şəmaxidə mənə gənc tapılmaz, Bir gənc bu viranədə birənc tapılmaz.
Pistani-sənəmtək iki limu ələ keçməz Bir ğəbğəbi-dilbər kimi parinc tapılmaz.
Rüx tutmağa dərgahında bir şah bulunmaz, Fərzini-xirəd seyrinə şətrənc tapılmaz.
Bu bağdə bir növgüli-bixar görünməz, Bu bəzmdə bir dilbəri-biğünc tapılmaz.
Bu xaneyi-şəşdərdə iki kəb atılmaz, Bu təxteyi-heyrətdə şeşü pənc tapılmaz.
Tərsadə pəriruy gözəl çoxdu və lakin Səntək gözəl, ey dilbəri-Gürgənc, tapılmaz.
Şirin söz ilə saldı o ahuni kəməndə, Sabir kimi bir rindi-süxənsənc tapılmaz.
İlk dəfə “Hophopnamə”nin 1914-cü il nəşrində çap olunmuşdur.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info